BAKI, 4 noyabr. TELEQRAF
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana qarşı nizamnamənin 25-ci maddəsini tətbiq edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın baş katibi Taalatbek Masadıqov jurnalistlərə açıqlama verib.
"Qurumun nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzvlük haqqı iki il ərzində ödənilməzsə, həmin ölkə səsvermə hüququndan məhrum edilir və borc tam ödənilənədək rəhbər vəzifələrə öz nümayəndələrini namizəd göstərməkdən məhrum olunur", - o qeyd edib.