BAKI, 4 noyabr. TELEQRAF
Macarıstan 2027-ci ilin payızınadək Rusiyadan qaz idxalından tamamilə imtina edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Anita Orban açıqlama verib.
Onun sözlərinə görə, rəsmi Budapeşt həmçinin Rusiya neftindən imtina etmək üçün alternativ yollar axtarır:
"Hazırda Azərbaycandan qaz alışı, eləcə də Yunanıstan, Litva və Polşadakı LNG terminalları vasitəsilə tədarük variantları nəzərdən keçirilir".