BAKI, 28 aprel. TELEQRAF
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) regionda təhlükəsizliyin və sabitliyin etibarlı qarantı rolunda çıxış edir.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclasının açılışında bildirib.
Onun sözlərinə görə, müdafiə sahəsində əsas prioritet qarşılıqlı etimadın gücləndirilməsidir:
"Biz inanırıq ki, yalnız açıq dialoq və fəaliyyətlərin proqnozlaşdırıla bilməsi vasitəsilə sülhü qoruyub saxlaya, xalqlarımızın təhlükəsizliyini uzun onilliklər boyu təmin edə bilərik".