BAKI, 26 aprel. TELEQRAF

ABŞ administrasiyası Prezident Donald Trampın ictimai tədbirlər zamanı zirehli jilet geyinib-geyinməməsi məsələsini müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu müzakirələr Ağ Ev müxbirləri assosiasiyasının qəbulunda baş verən atışma hadisəsindən sonra başlayıb. Həmin insident aprelin 25-də Vaşinqtonda keçirilən tədbir zamanı qeydə alınıb.

Hadisə nəticəsində ABŞ Məxfi Xidmətinin əməkdaşlarından biri yaralanıb.