BAKI, 21 aprel. TELEQRAF

Hesablama Palatası 2025-ci ilin İş Planı əsasında səhiyyə sektorunda apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri çərçivəsində nöqsanlar aşkarlayıb.

Teleqraf Palataya istinadən xəbər verir ki, Milli Məclisə təqdim olunan büdcənin icrası ilə bağlı hesabatlarda İcbari Tibbi Sığorta Fondunun (İTSF) gəlir və xərc göstəricilərinin düzgün əks etdirilməyib. Bununla da icmal büdcənin müvafiq parametrləri təhrif olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizmi saxlanma xərclərinin ödənilməsinə əsaslanmaqla sığorta prinsiplərinə tam uyğun təşkil edilməyib.

Palatanın sənədinə əsasən, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhalinin sayı rəsmi statistik məlumatlarla uyğunluq təşkil etməyib. Bəzi hallarda eyni kateqoriyalı vətəndaşlara münasibətdə bir neçə mənbə hesabına sığortalanma mexanizmi nəzərdə tutulub. Bu da dövlət büdcəsində əlavə yükün formalaşmasına, dırılması, İTSF-in qalıq məbləğlərinin artımına gətirib çıxarıb.

Bundan əlavə qurum tərəfindən yaradılan hüquqi şəxslərin sayının artımı nəticəsində TƏBİB-in xərclərində inzibati xərclərin payı yüksəlib.

Sığorta haqqı, sığorta məbləği, həmçinin xidmətlərin tariflərinin müyyənləşdirilməsi ilə bağlı əsaslandırılmış və aydın mexanizmlərin olmaması nəticəsində dəyər/tarif, tarif/xərc uyğunluğu üzrə risklərin yaranıb.

Dövlət proqramları üzrə satınalmalarda ehtiyac və tələbat göstəriciləri uyğunluq təşkil etməyib.Tibbi alışların ehtiyac sahiblərinə çatdırılmaması səbəbindən ehtiyac qruplarının səhiyyə xidmətlərinə əlçatanlığı məhdudlaşıb.