BAKI, 20 aprel. TELEQRAF
İspaniya Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı istənilən ölkəyə məxsus bütün gəmilər üçün ayrı-seçkilik qoyulmadan yenidən azad, təhlükəsiz və maneəsiz tranzit marşrutuna çevrilməlidir:
"Biz Hörmüzdə heç bir hərbi əməliyyatda iştirak etməyəcəyik".