BAKI, 20 aprel. TELEQRAF

Abbas Əraqçi ABŞ-nin İran gəmilərinə yönələn təhdidlərinin və Vaşinqtonun irəli sürdüyü “məntiqsiz tələblərin” regionda vəziyyətin nizamlanmasına qeyri-ciddi yanaşmanı nümayiş etdirdiyini bildirib.

Teleqraf xəbər verir ki, İranın xarici işlər naziri bu fikirləri Pakistanın XİN rəhbəri İshaq Dar ilə telefon danışığı zamanı səsləndirib.

Əraqçi qeyd edib ki, ABŞ-nin ziddiyyətli mövqeyi və atəşkəs rejimini pozması Vaşinqtonun niyyətlərinin səmimi olmadığını göstərir.

O vurğulayıb ki, İran öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün imkanlardan istifadə edəcək.

Bununla yanaşı, nazir regionda sülh və təhlükəsizliyin qorunması üçün məsləhətləşmələrin davam etdiriləcəyini də təsdiqləyib.