BAKI, 16 aprel. TELEQRAF
ABŞ-də Kubada mümkün hərbi əməliyyata hazırlıqlar hiss olunmayacaq dərəcədə güclənir.
Teleqraf xəbər verir ki, bu barədə "USA Today" məlumat verib.
"ABŞ və Kuba arasında gərginlik artır. Bu gərginlik Trampın Kubaya neft tədarükünü məhdudlaşdırmasından sonra daha da artıb" - qəzet yazır.
Tramp aprelin 13-də elan edib ki, İranla problemləri həll etdikdən sonra Kubaya girmək barədə düşünəcəklər.