BAKI, 8 aprel. TELEQRAF
ABŞ və İran arasında tənzimləmə ilə bağlı danışıqların ilk raundu aprelin 10-da İslamabadda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, danışıqların ilk mərhələsinin cümə günü Pakistanın paytaxtında baş tutması gözlənilir.