BAKI, 5 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranda keçirilən etiraz aksiyalarının iştirakçılarına silah göndərdiyini iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, jurnalist Trey Yinqst Trampın sözlərini sitat gətirərək bildirib ki, ABŞ bu ilin əvvəlində etirazçılara böyük həcmdə silah göndərməyə çalışıb və bu silahlar kürd qüvvələrinə ötürülüb.
ABŞ Prezidenti eyni zamanda ehtimal edib ki, kürd silahlı birləşmələri həmin silahları özlərində saxlayıblar.