ABŞ və İsrailin mülki infrastruktura zərbələri iranlıları təslim olmağa məcbur etməyəcək. Bu cür hücumlar Vaşinqtonun nüfuzuna xələl gətirir.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

"Tikintisi yarımçıq körpülər də daxil olmaqla, mülki tikililərə edilən hücumlar iranlıları təslim olmağa məcbur etməyəcək. Bütün binalar və körpülər yenidən tikiləcək. Amma ABŞ-nin zədələnən nüfuzu heç vaxt təmir olunmayacaq", - deyə nazir qeyd edib.