BAKI, 31 mart. TELEQRAF

ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri Hörmüz boğazından gündəlik gəmi tranziti 95%-dən çox azalıb.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının hesabatında yer alır.

Hesabatda qeyd olunur ki, Hörmüz boğazından gəmi daşımaları iflic olub: tranzit trafiki 95%-dən çox azalıb ki, bu da enerji və gübrə təchizatında fasilələrə səbəb olub.

Təşkilatın məlumatına görə, martın əvvəlində boğazdan gündəlik tranzit 10 gəmidən çox olmayıb.