BAKI, 1 mart. TELEQRAF

Vaşinqton Tehrana qarşı hərbi əməliyyata başlamaq qərarını qəbul edən zaman ABŞ və İran razılıq əldə etməyə yaxın idilər.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "ABC News" telekanalına verdiyi müsahibədə qeyd edib.

O bildirib ki, razılaşmanın detalları əldə olunmaq üzrə idi.

Əraqçi həmçinin vurğulayıb ki, bu qərar razılaşmanın mümkünlüyü dövründə verilib və diplomatik imkanlar tam istifadə edilməmişdir.