BAKI, 1 mart. TELEQRAF

ABŞ İrana endirilən zərbələr nəticəsində İslam Respublikası rəhbərliyinin təxminən 40 nümayəndəsinin həlak olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı Pentaqon və ABŞ kəşfiyyat icmasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində təxminən 40 yüksək vəzifəli şəxs həyatını itirib.

CBS qeyd edir ki, həlak olanların eyni məkanda, yoxsa müxtəlif yerlərdə olduqları hələlik dəqiqləşdirilməyib.