BAKI, 28 fevral. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İsrail qüvvələrinin İrana qarşı hərbi əməliyyatlara başlamasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, Fransa lideri yaranmış vəziyyətdən ciddi narahatlığını ifadə edib.

E. Makron qeyd edib ki, ABŞ, İsrail və İran arasında genişmiqyaslı müharibənin başlanması beynəlxalq sülh və təhlükəsizlik üçün ağır nəticələrə səbəb olacaq.

O, tərəfləri gərginliyi daha da artırmamağa və qlobal sabitliyi qorumağa çağırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail ilə koordinasiyalı şəkildə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. Artıq İranın hərbi obyektlərinə və raket sənayesi infrastrukturuna silsilə zərbələr endirildiyi bildirilir.