BAKI, 22 fevral. TELEQRAF

Böyük Britaniyanın Liberal-demokrat Partiyasının lideri Ed Deyvi ABŞ Prezidenti Donald Trampa qarşı Britaniya iqtisadiyyatına vurulan zərərə görə məhkəmə iddiası qaldırmağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Ed Deyvi sosial şəbəkədə paylaşım edərək Baş nazir Kir Starmerə müraciət edib.

O bildirib ki, Starmer Trampa qarşı Britaniya iqtisadiyyatına vurulan qanunsuz zərərə görə iddia qaldırmalıdır.

“Narahat olma, Donald, biz 100 milyard funt sterlinqlə kifayətlənəcəyik”, - deyə Deyvi yazıb.

Qeyd olunur ki, söhbət 134 milyard dollardan artıq məbləğdən gedə bilər.

Xatırladaq ki, daha əvvəl Donald Tramp bütün ölkələrə tətbiq edilən ticarət rüsumunu 10 faizdən 15 faizə qaldırdığını açıqlayıb.