BAKI, 6 fevral. TELEQRAF
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində avtomobilin ərzaq mağazasının binasına çırpılması nəticəsində azı üç nəfər ölüb, daha yeddi nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "ABC News" telekanalının yerli bölməsi məlumat yayıb.
Məlumata görə, yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hələlik müəyyən edilməyib. İlkin ehtimallara əsasən, insident qəsdən törədilməyib.