BAKI, 5 fevral. TELEQRAF
ABŞ hərbi gəmisi Port-o-Prens körfəzinə daxil olub və hazırda Haitinin sahilləri yaxınlığında yerləşir.
Teleqraf xəbər verir ki, bu barədə Haiti nəşri "Le Nouvelliste" ABŞ-nin Haitidəki səfirliyinin məlumatına istinadən yazıb.
Məlumata görə, USS Stockdale, USCGC Stone və USCGC Diligence gəmiləri “Cənub nizəsi” əməliyyatı çərçivəsində Port-o-Prens körfəzinə gəlib. Səfirliyin fevralın 3-də yaydığı açıqlamada bildirilib ki, bu gəmilərin bölgədə olması “Birləşmiş Ştatların Haitinin təhlükəsizliyi, sabitliyi və daha yaxşı gələcəyi naminə sarsılmaz sadiqliyini əks etdirir”.
"Le Nouvelliste" nəşri Port-o-Prens körfəzində olan üç gəminin fotolarını da dərc edib.