BAKI, 5 fevral. TELEQRAF

Tramp seçkilər ədalətli keçərsə, respublikaçıların məğlubiyyətini tanıyacağını bildirib.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlub olacağı təqdirdə, seçkilər ədalətli keçərsə nəticəni tanıyacağını bildirib.

O, "NBC News" telekanalına müsahibəsində bu suala cavab olaraq deyib: “Bəli, əgər seçkilər ədalətli olarsa”.