BAKI, 30 yanvar. TELEQRAF
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Sankt-Peterburqda Rusiya hərbçisini öldürməyi planlaşdıran Ukrayna xüsusi xidmət orqanlarının agentini saxlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Ukrayna tərəfindən olan kuratorunun birbaşa göstərişi ilə hərəkət edib.
Əməliyyat zamanı həmin şəxsdən səsboğucu ilə təchiz edilmiş "Makarov" tipli tapança və döyüş sursatı aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.