BAKI, 21 yanvar. TELEQRAF

Qrenlandiyanın kənd təsərrüfatı naziri Peter Borq ada əhalisi üçün heç bir təhlükə olmadığını bildirsə də, onları ərzaq ehtiyatı toplamağa çağırıb.

Teleqraf xəbər verir ki, nazir əhaliyə ən azı beş günlük ehtiyat toplamağı tövsiyə edib.

"Söhbət təhlükəli bir şeyin baş verməsindən yox, hazırlıqdan gedir" - nazir bildirib

Xatırladaq ki, yanvarın 5-də Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya ərazisi üzərində nəzarət yaratmaq planlarını açıqlayıb.

Danimarka Müdafiə Nazirliyi ABŞ-nin adaya hücumuna cavab veriləcəyini bildirib.