BAKI, 3 aprel. TELEQRAF
Ukrayna dəniz dronlarının tədarükü ilə bağlı Fars körfəzi ölkələrindən biri ilə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Prezident deyib ki, əldə olunmuş razılaşma çərçivəsində Ukrayna istehsalı olan dəniz dronlarının ixracı nəzərdə tutulur:
"Körfəz ölkələrindən biri ilə dəniz dronlarının tədarükünə dair razılaşma əldə olunub. Bu əməkdaşlıq çərçivəsində söhbət bizə lazım olan və tərəfdaşlarımızın ödəməyə razı olduğu maliyyə həcmindən gedir".
V.Zelenski söhbətin konkret olaraq hansı ölkədən getdiyini açıqlamasa da, müqavilənin 10 il müddətinə nəzərdə tutulduğunu bildirib.
O əlavə edib ki, müddət ərzində dronları tədarük edəcək konkret istehsalçı şirkət dəyişə bilər.