BAKI, 3 aprel. TELEQRAF

Rusiyanın Rəqəmsal İnkişaf Nazirinin müavini Andrey Zarenin könüllü şəkildə hərbi əməliyyat zonasına yollanmaq qərarı verib.

Teleqraf xəbər verir ki, bu barədə "Kommersant" nəşri nazirlikdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Zarenin daha əvvəl də cəbhədə olan hərbçilərə humanitar yardım çatdırılması, texniki dəstək və könüllü fəaliyyətlə məşğul olub. Onun yaxın vaxtlarda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı planlaşdırdığı qeyd edilir.

Qeyd edək ki, bundan əvvəl Çelyabinsk üzrə Daxili İşlər İdarəsinin sabiq rəhbəri Andrey Menşenin də könüllü şəkildə cəbhəyə yollanıb.