BAKI, 3 aprel. TELEQRAF
“ADY Mobile” tətbiqi 400 mindən çox yüklənmə ilə sərnişinlərin rəqəmsal seçimi olaraq populyarlığını qoruyur.
Teleqraf xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”nın məhsulu olan tətbiq vasitəsilə istifadəçilər qatar səfərlərini asanlıqla planlaşdıra, biletləri əldə edə və dəmir yolu ilə bağlı ən son məlumatları operativ şəkildə izləyə bilirlər.
Tətbiq sərnişinlərə bütün xidmətlərə bir toxunuşla çıxış imkanı təqdim edir.