BAKI, 3 aprel. TELEQRAF

İran ABŞ aviadaşıyan qrupunu raketlərlə vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin “Abraham Linkoln” aviadaşıyan gəmi qrupuna zərbə endirdiyini açıqlayıb.

Qurumun yaydığı məlumata görə, aviadaşıyan qrupa qarşı dörd qanadlı gəmiəleyhinə raket buraxılıb.

Məlumatda hücumun nəticələri barədə əlavə detallar açıqlanmayıb.