BAKI, 3 aprel. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulan ABŞ-yə məxsus qırıcının pilotunun əsir götürüldüyünü bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalındakı məlumatında qeyd edilib.

"ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu "Black Hawk" və "Hercules-130" helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib", - məlumatda bildirilib.

***

09:18

İran ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 tipli qırıcı təyyarənin ölkənin mərkəzi rayonları üzərində vurulduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin F-35 təyyarəsi İranın mərkəzi hissəsində səmada vurulub və qəzaya uğrayıb. Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qabaqcıl hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib",- məlumatda qeyd edilib.

İran tərəfi qeyd edib ki, qırıcı heyətinin katapult etmək ehtimalı olduqca aşağıdır.