BAKI, 3 aprel. TELEQRAF
Ötən il Azərbaycandan Yunanıstana qaz təchizatı 1,1 milyard kubmetr təşkil edib.
Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazovun Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinusla görüşündə bildirilib.
Qeyd edilib ki, ümumilikdə Trans-Adriatik Boru Kəməri (TAP) istismara verildikdən sonra Azərbaycandan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac olunub.
Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, xüsusilə TAP vasitəsilə Azərbaycandan qaz tədarükünün əhəmiyyəti, diversifikasiyanın təmin olunması, əlverişli qiymətlərin formalaşması, ətraf mühitin qorunması və Yunanıstanın enerji habı kimi rolunun gücləndirilməsi kontekstində yüksək qiymətləndirilib.
Eyni zamanda, enerji sahəsində mövcud uğurlu əməkdaşlığın digər istiqamətlər üzrə də genişləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə “yaşıl enerji”, enerji səmərəliliyi və innovativ texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan ilə Yunanıstan arasında İqtisadi, Sənaye və Texnoloji Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının Afinada keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Bundan əlavə, Yunanıstan tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.
*** 17:09
Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbii qazla təchiz edib.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.
O əlavə edib ki, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair məsələləri müzakirə edib.
Ötən il Azərbaycandan Yunanıstana qaz təchizatı 1,1 milyard kubmetr təşkil edib.
Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazovun Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinusla görüşündə bildirilib.
Qeyd edilib ki, ümumilikdə Trans-Adriatik Boru Kəməri (TAP) istismara verildikdən sonra Azərbaycandan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac olunub.
Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, xüsusilə TAP vasitəsilə Azərbaycandan qaz tədarükünün əhəmiyyəti, diversifikasiyanın təmin olunması, əlverişli qiymətlərin formalaşması, ətraf mühitin qorunması və Yunanıstanın enerji habı kimi rolunun gücləndirilməsi kontekstində yüksək qiymətləndirilib.
Eyni zamanda, enerji sahəsində mövcud uğurlu əməkdaşlığın digər istiqamətlər üzrə də genişləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə “yaşıl enerji”, enerji səmərəliliyi və innovativ texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycan ilə Yunanıstan arasında İqtisadi, Sənaye və Texnoloji Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının Afinada keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Bundan əlavə, Yunanıstan tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.