BAKI, 3 aprel. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Almaniyanın Avropa üzrə dövlət naziri Günter Krixbaumla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri sosial mediada yazıb.

“Özbəkistan və Almaniya Xarici İşlər nazirlikləri yüksək səviyyədə əldə edilmiş bütün razılaşmaların vaxtında və səmərəli həyata keçirilməsini təmin etmək üçün sıx əməkdaşlıq edir. Görüş zamanı “Mərkəzi Asiya-Almaniya” formatında keçirilmiş son görüşün nəticələrini yüksək qiymətləndirdik, genişlənən ticarət, investisiya və iqtisadi əlaqələrə xüsusi diqqət ayırdıq. Regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi apardıq.

Tərəfdaşlığımız qarşılıqlı etimad, ortaq maraqlar və praktiki nəticələr əldə etməyə sadiqlik əsasında davamlı olaraq inkişaf edir”, - Saidov vurğulayıb.