BAKI, 3 aprel. TELEQRAF
Prezident İlham Əliyev diplomatik nümayəndəliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb.
Teleqraf xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında yeni əsasnamələr təsdiq edilib.
Eyni zamanda müəyyən olunub ki, səfirlik və daimi nümayəndəliklərlə bağlı əsasnamələrin müddəaları müvafiq təmsilçilik və nümayəndəliklərə də şamil olunur.
Nazirlər Kabinetinə isə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.