BAKI, 3 aprel. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin tərkibində olan Dubay əmirliyinin hökuməti ABŞ şirkəti "Oracle"ə məxsus məlumat mərkəzinə zərbə endirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Teleqraf xəbər verir ki, Dubayın mətbuat xidməti açıqlamasında bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
“İranın “Oracle” məlumat emalı mərkəzini hədəfə alması ilə bağlı məlumatlar reallığa uyğun deyil”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu “Oracle”ın Dubaydakı, eləcə də "Amazon"un Bəhreyndəki məlumat mərkəzlərinə zərbə endirildiyini iddia etmişdi.