BAKI, 3 aprel. TELEQRAF

İrlandiyanın aşağıbüdcəli aviadaşıyıcısı Ryanair yanacaq çatışmazlığı səbəbindən reyslərinin bir hissəsini ləğv edə bilər.

Teleqraf xəbər verir ki, şirkətin baş icraçı direktoru Maykl O’Liri bildirib ki, Hörmüz boğazının uzun müddət bağlı qalması aviasiya bazarında ciddi problemlərə səbəb olur.

Onun sözlərinə görə, boğaz artıq 30 gündür bağlıdır və bu vəziyyət 60 və ya 90 gün davam edərsə, şirkət üçün naməlum ssenari yarana bilər. Bu səbəbdən “Ryanair” may, iyun və iyul aylarında reyslərin 5-10%-ni ləğv etməyi nəzərdən keçirir.

O’Liri həmçinin vəziyyətin yaranmasına görə ABŞ və İsraili günahlandıraraq bildirib ki, İrana qarşı hərbi əməliyyatlar hava nəqliyyatına mənfi təsir göstərib.