ABŞ müdafiə naziri Pit Heqset İranın həyata keçirdiyi cavab zərbələrinin miqyasından təəccüblənib.

Teleqraf xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələri, o cümlədən Heqset Tehranın region üzrə ABŞ və İsrail obyektlərinə endirdiyi zərbələrin genişliyini gözləməyib.

Nəşr qeyd edir ki, İranın cavab addımları Tehranın yalnız simvolik reaksiyalarla kifayətlənəcəyi barədə təsəvvürləri dağıdıb.

Mənbələrdən biri Heqsetin bu vəziyyət qarşısında tam hazırlıqsız yaxalandığını bildirib.

Qeyd edək ki, bundan əvvəl İran parlamentində milyonlarla vətəndaşın ölkəni silahla müdafiə etməyə hazır olduğu açıqlanmışdı.