BAKI, 3 aprel. TELEQRAF

Ukrayna hökuməti aprel ayında Beynəlxalq Valyuta Fonduna ümumilikdə 254 milyon dollar ödəməlidir.

Teleqraf xəbər verir ki, bu ödənişlər əvvəllər ayrılmış kreditlərin geri qaytarılması çərçivəsində həyata keçiriləcək. Aprel ayı üzrə üç ödəniş tarixi müəyyən olunub – 3, 10 və 13 aprel.

Bildirilib ki, ilk tranş artıq bu gün həyata keçiriləcək və təxminən 83 milyon dollar təşkil edəcək. Ümumilikdə isə ay ərzində ödənişlərin həcmi 254 milyon dollara yaxın olacaq.

Məsələ ilə bağlı açıqlama verən Ukrayna Ali Radasının maliyyə komitəsinin rəhbəri Daniil Getmantsev ölkənin maliyyə vəziyyətinin kritik həddə yaxınlaşdığını bildirib.