BAKI, 3 aprel. TELEQRAF

ABŞ Silahlı Qüvvələri İranda vurulan Amerika qırıcısının iki pilotunun xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İran ABŞ qırıcısını vurub və hazırda ekipajın iki üzvünün yerini müəyyənləşdirmək üçün axtarış-xilasetmə tədbirləri həyata keçirilir.