BAKI, 3 aprel. TELEQRAF

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.

Bildirilib ki, İtaliya Futbol Federasiyası (FIGC) və 48 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etmək barədə razılığa gəliblər.

Ayrılığa səbəb İtaliya millisi 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilməməsi olub. Son seçmə mərhələdə Qattuzonun komandası Bosniya və Herseqovinaya məğlub olmuşdu (1:1, penaltilərdə 1:4).

"FIGC son doqquz ay ərzində göstərdikləri fədakarlıq, sədaqət və həvəsə görə Qattuzoya və bütün heyətinə təşəkkür edir və onlara gələcək karyeralarında uğurlar arzulayır" - deyə, açıqlamada deyilir.

Qeyd edək ki, Qattuzo 2025-ci ilin iyun ayından bəri İtaliya komandasına rəhbərlik edir.