BAKI, 3 aprel. TELEQRAF

“Zorla tətbiq edilməyə çalışılan demokratiya Burkina-Fasoya lazım deyil, bunu unutmaq, öz modelimizi yaratmaq lazımdır”.

Teleqraf xəbər verir ki, bunu Burkina-Faso Prezidenti İbrahim Traore xalqa müraciətində deyib.

“İnsanlar demokratiya məsələsini unutmalıdırlar. Demokratiya bizim üçün deyil. Demokratiya öldürür. Biz bu demokratiyanı istəyirik? Liviya nümunəsinə baxın, bizə yaxın misaldır”, - Afrika ölkəsinin lideri bildirib.

Traore əlavə edib ki, demokratiya qurulmağa cəhd edilən ölkələrdə qan tökülür: “Allah bizi belə bir demoktiyadan qorusun. Bizim öz modelimiz var. Biz başqasına bənzəmək istəmirik”.

Burkina-Faso Prezidenti qeyd edib ki, ölkədə seçkilərdən belə danışılmır, çünki daha vacib olan məsələlər var, onlarla məşğul olmaq lazımdır.