BAKI, 3 aprel. TELEQRAF

“ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları məqsədlərə çatanadək davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Prezident Tramp və ABŞ ordusu ilə tam koordinasiyada İrandakı terrorçu rejimi məhv etməyə davam edəcəyik”, - Baş nazir vurğulayıb.

Netanyahu əlavə edib ki, İsrail İran ordusunun komandirlərini hədəf alır, körpüləri bombalayır və infrastrukturu dağıdırr.

İsrail lideri İranın polad istehsalı imkanlarının 70 faizinin məhv edildiyini də açıqlayıb.