BAKI, 3 aprel. TELEQRAF

ABŞ Prezident Administrasiyası 2027-ci maliyyə ili üçün Konqresdən rekord məbləğdə - 1,5 trilyon dollar həcmində hərbi büdcə ayrılmasını xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.

Məlumata görə, təklif olunan büdcənin 1,15 trilyon dolları qeyri-məcburi xərclər (28% artım), 350 milyard dolları isə məcburi xərclər üçün nəzərdə tutulub.

Beləliklə, müdafiə sahəsinə ayrılan ümumi resursların həcmində 44% artım proqnozlaşdırılır.

Pentaqonun aprelin 21-də büdcə layihəsinin ətraflı detallarını açıqlayacağı gözlənilir.