BAKI, 3 aprel. TELEQRAF
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov və qazaxıstanlı həmkarı Alibek Bakayev arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.