BAKI, 14 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trump administrasiyası İrana qarşı hərbi əməliyyatın həyata keçirilməsini real ehtimal kimi dəyərləndirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ərəb ölkələrinin Fars körfəzi regionundakı rəsmi şəxslərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp administrasiyası İrana qarşı hansı formatda hərbi addım atılacağını dəqiqləşdirməsə də, mümkün hücumun ehtimalının daha yüksək olduğunu bildirib.

Məqalədə vurğulanır ki, rəsmi Vaşinqton hərbi əməliyyatın detalları ilə bağlı açıqlama verməyib, lakin məsələ administrasiya daxilində ciddi şəkildə müzakirə olunur.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ vətəndaşları və ölkənin müttəfiqlərinə İrandan çıxmaq çağırışı etmişdi.