BAKI, 13 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrandakı etirazçılara çağırış edib.
Teleqraf xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İran xalqını etirazları davam etdirməyə çağırıb.
“İranlı vətənpərvərlər, etirazlara davam edin - qurumları ələ keçirin. Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar bunun hesabını verəcəklər. Mən etirazçıların mənasız şəkildə öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Kömək yoldadır! MIGA!!!”, - Tramp qeyd edib.
Qeyd edək ki, MIGA (Make Iran Great Again) “İranı yenidən möhtəşəm edək” mənasını verir.