BAKI, 6 yanvar. TELEQRAF
Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiyaya mümkün hücumu ilə bağlı sərt bəyanat verib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Danmarks" radioya müsahibəsində danışıb.
“Əgər NATO-nun bir üzvü başqa bir NATO üzvünə hücum edərsə, hər şey bitəcək”, – deyə Frederiksen bildirib.
Baş nazir həmçinin ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planlarından geri çəkiləcəyinə şübhə etdiyini vurğulayıb. Onun sözlərinə görə, Tramp bu məsələdə çox ciddi şəkildə köklənib.