BAKI, 1 oktyabr. TELEQRAF
Media xalqlar və ənənələr arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkın Sarnoqoyeva Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda deyib.
Salkın Sarnoqoyeva dezinformasiya ilə mübarizə və keyfiyyətli kontentin hazırlanması üçün jurnalistlərin, bloqerlərin və fikir liderlərinin əməkdaşlığının vacib olduğunu vurğulayıb.