BAKI, 26 dekabr. TELEQRAF
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Liviya dövlətinə başsağlığı verib.
Bu barədə Teleqraf-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Birol Akgün 24 dekabr 2025-ci il tarixində baş vermiş təyyarə qəzasında həlak olan Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli əl-Həddad, Liviya nümayəndə heyətinin üzvləri və təyyarə heyəti üçün Azərbaycanın ərazisində yerləşən Liviya səfirliyi tərəfindən açılmış başsağlığı dəftərini imzalayıb.
"Qardaş Liviya xalqına, Liviya Silahlı Qüvvələrinə və Liviya Dövlətinə ən dərin başsağlıqlarımızı çatdırırıq", - deyə məlumatda qeyd edilib.