BAKI, 26 dekabr. TELEQRAF
"Prezident tərəfindən mənzillə təmin olunmağımı uzun zamandır arzulayırdım".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunması barədə danışarkən deyib.
"Bu hədiyyəni çoxdandır gözləyirdim, çünki bu proses artıq ənənəvi hal alıb. Cənab Prezident hər zaman nəticə göstərən idmançıları təltif edir, onlara xüsusi diqqət göstərir. Cənab Prezidentlə görüş zamanı çox həyəcanlı idim. Məni təbrik etdi. Çox sevincliyəm. Ailəmə də bu xəbəri çatdıran zaman çox sevindilər. Nəticələrimə gəldikdə isə bundan sonra da arxayın olmaq fikrim yoxdur. Artıq üçüncü dəfə dünya çempionu olmaq və olimpiadada çıxış etmək istəyirəm", - deyə Qənizadə bildirib.
Qeyd edək ki, Ülvü Qənizadə 2025-ci ildə Xorvatiyada keçirilən dünya çempionatında qızıl, Slovakiyada baş tutan Avropa çempionatında isə bürünc medal qazanıb.