BAKI, 26 dekabr. TELEQRAF

ABŞ-nin sanksiyaları və İranda tətbiq olunan valyuta məhdudiyyətləri səbəbindən İran xalçalarının ixracı kəskin şəkildə azalıb.

Teleqraf xəbər verir ki, İran Ticarət Palatası əl ilə toxunan fars xalçalarının ixracının tarixin ən aşağı səviyyəsinə endiyini açıqlanıb.

Palatadan bildirilib ki, 2026-cı ilin mart ayınadək ixracın dəyəri 40 milyon dollardan da aşağı düşəcək. Ötən il bu göstərici 41,7 milyon dollar təşkil edib.

Ölkənin Xalça və Əl İşi Məmulatları Komissiyasından qeyd edilib ki, təxminən 30 il əvvəl İran xalçalarının ixrac dəyəri 2 milyard dollar idi. Son altı ildə isə bu göstərici ardıcıl olaraq 100 milyon dollardan aşağı səviyyədə olub.