BAKI, 26 dekabr. TELEQRAF
Qırğızıstanda IV Xalq Qurultayının dekabrın 26-da keçirilən ikinci günündə nümayəndələrdən biri son parlament seçkiləri ilə bağlı sual verib.
Teleqraf xəbər verir ki, buna cavab olaraq Qırğızıstan Prezidenti Sadır Japarov mövqeyini açıqlayıb.
Dövlət başçısı vətəndaşların səsvermədə zəif fəallıq göstərməsindən təəssüfləndiyini bildirib.
“Həmçinin, zalda olanlara müraciət edərək son seçkilərdə kimlərin iştirak etdiyini soruşdum və səs verənlərdən əllərini qaldırmalarını istədim. Hamı istisnasız olaraq əl qaldırdı. Bu da canlı yayımda göstərildi. Mən əvvəlcədən videoyazının aparıldığı barədə xəbərdar etmişdim. Məni təəccübləndirən və bir qədər də məyus edən məqam isə regionlardan seçilmiş bəzi (qurultay üzrə) nümayəndələrin düşünmədən yalan danışmaları oldu.
Mərkəzi Seçki Komissiyası təsdiqlədi ki, qurultayın 71 nümayəndəsi səsvermədə iştirak etməyib. Adlarını çəkərək onları çətin vəziyyətə salmayacağam, onsuz da hər biri hər şeyi bilir”, - Sadır Japarov qeyd edib.
Xatırladaq ki, IV Xalq Qurultayı üçün Qırğızıstanın müxtəlif bölgələrindən 150 nümayəndə seçilib.