BAKI, 26 dekabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Gürcüstanla münasibətlərin bərpasında maraqlı olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” televiziya kanalına verdiyi müsahibədə bildirib.

“Obyektiv olaraq Avropa İttifaqının maraqlarına Gürcüstanla sağlam münasibətlərin bərpası daxildir. Əgər bu baş vermirsə, biz məntiqlə belə nəticəyə gələ bilərik ki, Avropa bürokratiyası suveren davranmır, Aİ-nin və Avropa cəmiyyətinin maraqlarına uyğun hərəkət etmir”, - deyə Kobaxidze vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan Qara dəniz vasitəsilə Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən yeganə dövlətdir. O qeyd edib ki, mövcud geosiyasi reallıqlar fonunda Brüssel yeni bazarlara çıxışa ehtiyac duyur və bu imkan məhz Tbilisi tərəfindən təmin oluna bilər.