BAKI, 26 dekabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) Nigeriyada İŞİD terrorçularına qarşı endirilən zərbənin Nigeriya hakimiyyətinin rəsmi müraciəti əsasında həyata keçirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə AFRICOM "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, ABŞ hərbçiləri Nigeriyanın Sokoto ştatında terrorçuların mövqelərinə zərbə endirib və əməliyyat nəticəsində İŞİD-in bir neçə üzvü zərərsizləşdirilib.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Nigeriyanın şimal-qərbində İŞİD döyüşçülərinə qarşı hücum həyata keçirdiyini bəyan etmişdi. Ardınca Pentaqonun rəhbəri Pit Hegset Vaşinqtonun Nigeriyada terrorla mübarizə çərçivəsində əlavə addımlar atacağını bildirib.