BAKI, 26 dekabr. TELEQRAF
Bu ilin noyabrında Azərbaycanda 6.5 milyard manat həcmində 119,481 milyon ölkədaxili elektron ticarət əməliyyatı aparılıb.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 32,6% , dəyəri isə 19,3% artıb.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında ölkədaxili elektron ticarət əməliyyatlarının sayı 90,1 milyon ədəd, həcmi isə 5,5 milyard manat olub.